Peyntbol üzrə Bakı şəhər çempionatı keçirilib

  Baş İdarə tərəfindən Ulduz Paintball Klubunda Bakı şəhər çempionatı keçirilmişdir. Hər komandada 7 nəfər olmaqla, yarışmada 4 komanda iştirak etmişdir.   Nəticədə 1-ci yerə Snayper komandası, 2-ci yerə Bakı komandası, 3-cü yerə Qarabağ komandası  layiq görülmüşdür.

    Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.