Peyntbol üzrə “Yeni il yarışması” keçirililmişdir.

  Bu günlərdə Bakı şəhəri, “Af Hotel Novxanı”da yerləşən “AF Peyntbol Mərkəzi”ndə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə mətbuat nümayəndələri, estradamızın ulduzları, aktyor və rejissorlar arasında peyntbol üzrə “Yeni il yarışması” keçirililmişdir.

  Hər komandada 4 nəfər olmaqla, yarışmada 4 komanda iştirak etmişdir. Yarışma çox dinamik, rəngarəng və şən keçmişdir. Rejissor Samir Kərimoğlunun kapitanlıq etdiyi “Xoxan” komandası finala yüksəldikdən sonra komanda iştirakçıları arasında 1, 2 və 3-cü yerləri təyin etmək üçün “duel” keçirilmişdir. Nəticədə 3-cü yerə məddah Ceyhun Müəzzin, 2-ci yerə “Xoxan” filminin aktrisası Nərgiz Zamir layiq görülmüşdür. Yarışmanın qalibi isə meyxana ustadı Elşən Xəzər olmuşdur. Komandanın kapitanı dueldə qalib ola bilməsədə, təşkilatçılar tərəfindən yarışmanın ən aktiv oyunçusu adına layiq görülmüşdür.

  Qaliblər yarışmanın təşkilatçıları və sponsorlar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

   Təltifetmə mərasimindən sonra estradamızın ulduzlarının iştirakı ilə şou-proqram keçirilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort