Poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

22 oktyabr 2013-cü il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m, 2000 m məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olmuşdur. Açılış mərasimində Baş İdarənin baş məsləhətçisi Salman Əbdülov yarış iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışdır. Yekun nəticələrə əsasən komanda hesabında I yeri 480 xalla Yasamal rayon komandası, II yeri 447 xalla Nərimanov rayon komandası, III yeri 446 xalla Xəzər rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri 130 xalla Əhmədov Məhəmməd (Xəzər rayonu), II yeri 121 xalla Tağıyev Abbas (Binəqədi rayonu), III yeri 117 xalla Orucov Nihad (Yasamal rayonu) tutmuşlar. Həmçinin 100 m məsafəyə qaçış növündə Tağıyev Abbas (Binəqədi rayonu – 13,62 saniyə), qumbara atma növündə Nəbiyev Cəfər (Nərimanov rayonu – 42 m), turnikdə dartınma növündə Abdulvahabov Vaynob (Nərimanov rayonu – 21 dəfə) və Nuriyev Elşad (Binəqədi rayonu – 21 dəfə), 2000 m məsafəyə qaçış növündə Ağazadə Ağa (Binəqədi rayonu – 8 dəqiqə 04 saniyə) fərqlənmişlər.
Bakı şəhər çempionatında I və II yerləri tutmuş Yasamal və Nərimanov rayonlarının komandaları noyabr ayında İsmayıllı rayonunda keçiriləcək respublika mərhələsinə vəsiqə qazanmışlar.