Poverliftinq və bençpress üzrə Bakı şəhər çempionatı

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 5№li İOEUGAM -ın idman zalında poverliftinq və bençpress üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda   “AzTu”, “Güc İdman Növləri”, “APF”, “Turan” İK,  “Lider”İK  klub və komandaların tərkibində 12 çəki dərəcəsi üzrə 81 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 52 kq çəki dərəcəsində Elçin Babayev, 56 kq çəki dərəcəsində Elşən Eminov, 60 kq çəki dərəcəsində İlkin Əhmədov, 67 kq çəki dərəcəsində Əhməd Əmirov, 75 kq çəki dərəcəsində Vüqar Əhmədov, 82,5 kq çəki dərəcəsində Bayram Əliyev, 90 kq çəki dərəcəsində Zaur Nadirov, 100 kq çəki dərəcəsində Kənan Mustafayev, 110 kq çəki dərəcəsində Elçin Məmmədov, 125 kq çəki dərəcəsində Fuad Fərzəliyev, 140 kq çəki dərəcəsində Şahin Eyvazov, +140 kq çəki dərəcəsində Vasif Quliyev I yerlərə layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.