Prezident təltif etdi

          Azərbaycan Prezidenti İlham Əliyev ölkədə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

       Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxslər təltif ediliblər. O cümlədən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov “Tərəqqi” medalı ilə, Rayon Gənclər və İdman İdarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.