“Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na “Tariximizi tanıyaq və tanıtdıraq” devizi altında ekskursiya təşkil edilmişdir.

109_3287 Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrinin (Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Müəllimlər İnstitutu, Rabitə Nəqliyyat Kolleci, Azərbaycan Dövlət Neft Akademiyası, Memarlıq və İnşaat Mühəndisləri Universiteti,  Azərbaycan Universiteti və digər ali təhsil ocaqlarının I kurs tələbələri) “Tariximizi tanıyaq və tanıtdıraq” devizi altında ekskursiyası təşkil edilmişdir.

Ekskursiya zamanı bələdçi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri haqqında çox geniş məlumat vermiş və gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.