Qalaqapı (qo) üzrə Bakı şəhər birinciliyi başa çatmışdır

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən qalaqapı (qo) üzrə birincilik başa çatmışdır.

         Azərbaycan Qalaqapı (Qo) Federasiyasının təlim-məşq bazasında təşkil olunmuş yarışda Bakı şəhəri üzrə 73 nəfər iştirak etmişdir.

         Yarışın nəticələrinə əsasən, oğlanlar arasında (12-14  yaşadək) Ramiz Əliyev, Fuad Əlizadə, 18-20 yaşlıların mübarizəsində Fuad Qasımlı, Gündüz Mərdanlı, 18-25 yaşlıların yarışında Əvəz Miriyev, Rafiq Məmizadə birinci yerə layiq görülmüşlər.

        Qızlar arasında isə (11-12 yaşadək) Aysel Səlimli, Nərmin Əliyeva, 17-18 yaşlıların mübarizəsində Səidə Yəhyazadə, Türkan Məlikli,  21 yaşlıların yarışında Samirə Vəliyeva  I yeri  tutmuşlar.

                 Qaliblər diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.