Heydər Əliyev Mərkəzində rayon gənclərinin yekun toplantısı keçirilmişdir

            Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin yekun toplantısı keçirilmişdir. Toplantıda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Səbinə Xasayeva, Qaradağ rayon Gənclərvə İdman İdarəsinin rəisi Elçin Abbasov, ziyalılar, rayonun fəal gəncləri iştirak etmişlər.
           Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Mərkəzin foyesində təşkil olunmuş rayon gənclərinin çəkdikləri rəsm işlərinə və gənclərin nailiyyətlərini əks etdirən guşəyə baxış olmuşdur.
           Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Səbinə Xasayeva çıxış edərək ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, Azərbaycan gəncliyinin fəaliyyəti ilə bağlı Dövlət Proqramlarının qarşıya qoyduğu məsələlərdən söz açmışlar.
          Tədbirin sonunda gənclər sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunmuşdur.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort