Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnir keçirilmişdir

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Lökbatan qəsəbəsində yerləşən Təlim – İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəmil Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnir keçirilmişdir. 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən turnirdə 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir.

    Turnirin rəsmi bağlanış mərasimində iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəmil Niftəliyevin vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar vermişdir.

   Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.