Qaradağ rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” qeyd edildi.

     Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Qaradağ rayon Heydər Əliyev Mərkəzində “2 fevral- Gənclər Günü” ilə əlaqədar  tədbir keçirilmişdir.

      Tədbirdə millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, ziyalılar, gənclər iştirak ediblər.

     Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gəncəri əlamətdar gün münasibətilə təbrik etdikdən sonra  məruzə ilə çıxış etmiş, onlara uğurlar arzulamışdır.

    Sonra millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik etmiş, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışlar.

    Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.