Qarışıq döyüş növləri üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

Baş İdarə tərəfindən Şağan Olimpiya İdman Kompleksində Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş qarışıq döyüş növləri üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə 4 yaş qrupu üzrə 20 çəki dərəcəsində müxtəlif klub və cəmiiyətləri təmsil edən idmançılar mübarizə aparmışlar. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.