Qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

  11- 14 may 2013- cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  həyata keçirdiyi tədbirlər planına əsasən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

  Birincilikdə “Neftçi İSM”, “8 saylı İOEUGİM”, “Binəqədi 14 saylı UGİM”, “Fencing İK” kimi komandaları təmsil edən 65 idmançı şpaqa, sablya, rapira növləri üzrə mübarizə aparmışdır.

   Yarışda şpaqa növü üzrə qadınlar arasında I yerə Nelyubova Yuliya (Neftçi İSM), II yerə Xudaverdiyeva Elmira(8 № İOEUGİM), III yerə Hüseynova Samirə (8 № İOEUGİM ), Məlikova Məryəm (Fencing İK), sablya növü üzrə I yerə Bünyatova Sevil  (Neftçi İSM), II yerə Mikina Sabina (Neftçi İSM), III yerə Ələsgərova Aidə (Neftçi İSM), Bünyatova Sevinc (Neftçi İSM), rapira növü üzrə  I yerə Məlikova Nübar (Fencing İK), II yerə Məlikova Məhin (Fencing İK), III yerə Məlikova Məryəm, Cəfərova Aynur (Fencing İK) layiq görülmüşlər.
Çempionatda kişilər arasında şpaqa növü üzrə I yerə Nəsibov Vəkil (8 № İOEUGİM), II yerə Rəsulov Tehran (8 № İOEUGİM), III yerə Məmmədov Fərid (8 № UGİM), Namazov Etibar (8 № İOEUGİM), sablya növü üzrə I yerə Məmmədov Samir (Neftçi İSM), II yerə Zeynalov Sabir (8 № İOEUGİM), III yerə Ağakişiyev Vüqar (8 № İOEUGİM), Ələsgərov Cəlil (Neftçi İSM), rapira növü üzrə  I yerə Seyidov Yusif (Fencing İK), II yerə Sadıqzadə Cəmil (Fencing İK), III yerə Həsənov Vaqif (Fencing” İK), Abbasov Rafət (Fencing İK) layiq görülmüşlər.         Yarışda  I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort