Qızlar və oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı.

Bakı şəhər Gənclər və  İdman Baş Udarəsi tərəfindən keçirilən 10 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı. Respublika Şahmat Mərkəzində keçirilən yarışda RİOEUGŞM, “Neftçi” İSM, “Sərhədçi” İOM, Şağan OİK, T.İsmayılov adına UGYS, HRŞDK, 11 №-li UGİM, 16 №-li UGİM, 19 №-li UGİM, RŞK, Nizami rayonu UGYM, 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, “İnter” PİK və Aura İdman Kompleksini təmsil edən 175 nəfər idmançı (onlardan 39 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar 9 turda İsveçrə sistemi üzrə keçirilmişdir. Yarışda qızlar arasında I yeri Feyzullayeva Şəbnəm (2 №-li UGŞİM), II yeri Orucova Nəcibə (RŞK), III yeri Kərimli Aysu (RİOEUGŞM), oğlanlar arasında I yeri Muradlı Məhəmməd (1 №-li İOEUGŞDİM), II yeri Əhmədzadə Əhməd (2 №-li UGŞİM), III yeri Mustafayev Fərid (1 №-li İOEUGŞDİM) tutmuşlar. Bundan əlavə qızlar arasında IV yeri tutmuş Camallı Gülnarə (1 №-li İOEUGŞDİM), oğlanlar arasında IV yeri tutmuş Rzazadə Ayxan (T.İsmayılov adına UGYS) və V yeri tutmuş Mürsəlli Mətin (2 №-li UGŞİM) 4 iyun tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar. Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort