Qocyu-Ryu Okinava Karate-Do və WKF qaydaları idman növləri üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir

              Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində  yeniyetmələr arasında  Qocyu-Ryu Okinava Karate-Do və WKF qaydaları idman növləri üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışda Sədərək İK, Qobu İK, Hacıqabul İK, Xəzər İK, Kontakt İK, Sumqayıt İK, Yasamal-Qardaşlar İK, Sərhədçi OİM, Həsən İK, Riyad Şotokan Karate-Do klubu təmsil edən 193 nəfər (onlardan 16nəfəri qızlardır) idmançı mübarizə aparmışdır. Oğlanlar arasında (10-11 yaş) fərdi iriqumi-qo üzrə kumite növü üzrə Yunis Fətəliyev (25 kq),  Raul Məmmədzadə (30 kq), Nihad Ağasiyev (35 kq), 12-13 yaş arasında Cabbar Zeynalov (-35 kq), Əli Quliyev (+40 kq), 14-15 yaş arasında Cavid Bədəlov (40 kq), Elşən Yunusov (45 kq), Ömər Bayramov (50 kq), 16-17 yaş arasında Aqşin Yusifov (55 kq), Qüdrət Məmmədov (60 kq), Hüseyn Verdiyev(65 kq), qızlar araında 10-12 yaş Selcan Babayeva (35 kq), Zəhra Əliyeva (40 kq), 15-16 yaş arasında Məsmə Mənsimova (50 kq), fərdi WKF qaydaları üzrə  10-11 yaş arasında Ələsgər Məmmədov (20 kq), Raul Xəlilzadə (25 kq), Tural Nəsirov (30 kq), Nuran Babayev (35 kq), Məhəmməd Nəsirov (40 kq), 12-13 yaş arasında Qərib İskəndərli (25 kq), Əli Muxtarov (33 kq), Nihad Babazadə (38 kq), İsmayıl Yolçuyev (42 kq), Rəvan Babazadə (50 kq), Cahangir Qayıbov (55 kq), 14-15 yaş arasında Əli Alıyev (48 kq), Tural Rzayev (52 kq), Ruslan Paşayev (57 kq), Fərid Hüseynov (63 kq), Nicat Xurşudov (70 kq), Həsən Hüseynli (75 kq), 16-17 yaş arasında Vüsal Zeynalov (55 kq), Elşad Müseyibov (61 kq), Vidadi Nəsirov (68 kq), Əli Rəcəbov (76 kq), qızlar arasında Zeynəb Müslümlü (30 kq), Ülvira Rüstəmli (35 kq) I yerə layiq görülmüşlər.

                    Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunmuşlar.