Qol güləşi üzrə Bakı şəhər çempionatı keçirilmişdir

             Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  tədbirlər planına müvafiq olaraq Texnika və Texnoligiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında  qol güləşi üzrə Bakı şəhər çempionatı keçirilmişdir.  Nəticələrə görə I yerlərə 55 kq çəki dərəcəsində Sərdar Sadıqov, 60 kq çəki dərəcəsində Elşən Əliyev, 65 kq çəki dərəcəsində Şahin Novruzov, 70 kq çəki dərəcəsində İskəndər Mustafayev, 75 kq çəki dərəcəsində Məhəmmədrəsul İsmayılzadə, 80 kq çəki dərəcəsində Nurlan Yusubov, 85 kq çəki dərəcəsində Mirhabil Aslanlı, 90 kq çəki dərəcəsində Azad Devriçov, 100 kq çəki dərəcəsində Elşad Salmanlı, 110 kq çəki dərəcəsində Elşən İsmayılov, +110 kq çəki dərəcəsində Emin Rəhimov layiq görülmüşlər.

                       Qalib gəlmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.