Quba-Qusar-Xaçmaz rayonlarında keçirilən velosiped üzrə Bakı şəhər çempionatına yekun vuruldu.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped idmanı üzrə Bakı şəhər çempionatı başa çatmışdır. Yarışlar 3 mərhələ üzrə keçirilib. I mərhələdə idmançılar Quba-Qusar-Yalama marşrutu üzrə yarışıblar. İkinci – dağda fərdi ötüşmə mərhələsində Qusar-Şahdağ marşrutu üzrə öz yaş kateqoriyalarına uyğun olaraq müxtəlıf məsafələri qət ediblər. Üçüncü mərhələdə idmançılar Quba-Xudat marşrutu üzrə qrup ötüşmələrində öz yaş kateqoriyalarına uyğun olaraq müxtəlif məsafələrdə mübarizə aparıblar.

      Üç mərhələdən sonra Elite/U-23 yaş qrupunda Ayxan İltifatlı (Sumqayıt) birinci, Məhəmməd Ələkbərov (Lokomotiv) və Qurban Tağıyev (UGİM) üçüncü olublar.

       Junior (gənclər) kateqoriyasında Elgün Əlizadə (8 saylı UGİM) birinci yeri tutub. Muradəli Kurabəyov (8 saylı UGİM) və Fərid Müstafazadə (UGİM) isə müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşüblər.

       U-17 yaş qrupunda birinciliyi Kənan Qəhrəmanlı (8 saylı UGİM) qazanıb. Onun komanda yoldaşları Maksim Naprestkov ikinci, Nurlan Həsənov isə üçüncü olublar.

        U-15 kateqoriyasında isə UGİM-in təmsilçiləri Bakir Dadaşov birinci, Rövşən İsmayılov ikinci, Nicat Abdullayev isə üçüncü yerə çıxıblar.

        Yarışın qaliblərinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplom və qiymətli hədiyyələri təqdim olunub.