Rəsm və əl işlərindən ibarət müsabiqə keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində sülh mövzusu ilə bağlı rəsm və əl işlərindən ibarət müsabiqə keçirilmişdir. Uşaqlar bu müsabiqədə çox həvəslə iştirak etmişlər. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Əhmədov Zamin, Suraxanı RGİİ-nin nümayəndələri  iştirak etmişdir. Baş İdarənin gənclərlə iş sektorunun müdiri Əhmədov Zamin uşaqları salamlamış, onlara öz yaradıcılığnda və gələcək həyatlarında uğurlar arzulamışdır. Rəsm müsabiqəsinin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkili çəkdirmişlər.