Raqif Abbasov: “Avropa dəyərləri tamamilə çürük vəziyyətdədir” AÇIQLAMA

  “Avropa dünya ölkələrinə demokratiya tövsiyyə edir, müxtəlif qətnamələr qəbul edir, ancaq özləri dəhşətli faciəni, uşaq ölümünü tərbiyəsizcəsinə gülünc vəziyyətdə yayımlayır, bundan öz maraqları üçün yararlanırlar”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

  O, Avropanın dəyərlərinin çürük vəziyyətdə olduğunu qeyd edib: “Fransanın satirik “Şarli Hebdo” jurnalında müsəlmanlara qarşı növbəti karikatur şəkilləri və yazılar dərc olunub. Bu, bir daha onu göstərir ki, bu günAvropa dəyərləri  tamamilə çürük vəziyyətdədir və bəşəriyyətə heç nə verə bilməz. Uşaq ölümünü gülüş obyektinə çevirərək, bundan satışın çoxalması məqsədilə istifadə edən Avropanın aparıcı institutlarına müraciət edirik: Budurmu sizin bəşəriyyətə ixrac etdiyiniz demokratik dəyərlər? Budurmu söz azadlığının təbliğatı? “Bilik gün”ü ərəfəsində həmin körpə uşağın ölümündən istifadə etmək olduqca tərbiyəsiz və mənəvi dəyərlərə sığmayan bir hərəkətdir. Bu məsələlər bir daha Avropanın bugünkü real vəziyyətini göstərir”.

  Xatırladaq ki, Fransanın satirik “Şarli Hebdo” jurnalında “Hədəfə çox yaxın” başlığı ilə yayımlanan materialda suriyalı Aylanın Bodrumda tapılmış cəsədi yumor aləti olaraq istifadə olunub və “2 uşaq menyüsü al, bir ödə” sözləri yazılıb.

  Digər karikaturada isə, körpənin cəsədi göstərilərək “Avropanın xristian olduğunun sübutu”- deyə, qeyd olunub. Uşağın yanında, suyun üzərində dayanmış İsa peyğəmbərin təsvir olunduğu karikaturada isə “Xristianlar suda yeriyər, müsəlman körpələr isə batar” ifadəsi yazılıb.

                                                                                                                                                                   Elgün Vidadioğlu

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort