Raqif Abbasov: Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günündə əsl bayram əhval-ruhiyyəsi yaşandı

5 Mart – Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinə dair 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Artıq 17 ildir ki, bu tarixi gündə idmanımızın inkişafı istiqamətində görülmüş işlər, perspektivlərlə bağlı hesabata nəzər yetirilir, yeni zirvələrin fəth edilməsi üçün hədəflər müəyyənləşdirilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günündə əsl bayram əhval-ruhiyyəsi yaşanır.

Bu sözləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, ötən illərdə ölkəmizdə bir çox idman növlərində əldə edilən nəticələr onların coğrafiyasının genişləndirilməsi, kütləviliyinin artırılmasından xəbər verir: “Təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün regionlarında idman sahəsində peşəkar mütəxəssislər, hakimlər, həkimlər, məşqçilər, marketinq və menecmentlə məşğul olan insanlar yetişib. Multiidman yarışlarına, eləcə də müxtəlif beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi dünya miqyasında tanınan mütəxəssislərin formalaşmasına təkan verir. Beynəlxalq yarışlarda hakim kateqoriyasında ölkəmizdən daha çox sayda ədalət təmsilçisinin olması da vacibdir. Azərbaycan idmançılarına qarşı beynəlxalq arenalarda bəzən haqsızlıq və ədalətsizlik halları baş verir ki, Azərbaycan hakimlərinin məhz müxtəlif yarışlarda təmsilçiliyinin öz sözlərini deyə bilmələri üçün imkanlar yaradacaq”.

R.Abbasov Olimpiya və Paralimpiya hərəkatında özünəməxsus yeri olan ölkəmizdə qeyri-Olimpiya idman növlərinin inkişafının da diqqət mərkəzində olduğunu və bu istiqamətdə görülmüş işlərin nəticəsi olaraq parlaq nailiyyətlərin qazanıldığını vurğulayıb. Gənclər və idman naziri Fərid Qayıbovun təyinatından sonra bir çox federasiyalarda köklü dəyişikliklərin baş verdiyini, seçkilərin təşkili, normativ-hüquqi sənədlərin yenilənməsi ilə yanaşı, həm də yeni mütəxəssislərin federasiyalara cəlb edildiyini bildirən qurum rəsmisi idmanın da digər sahələr kimi inkişafda olduğunu və XXI əsrin tələblərinə uyğunlaşdığını vurğulayıb. Belə ki, bu sahənin sürətlə inkişafı yeni növlərin yaranmasına, qaydaların dəyişməsi və onların postpandemiya dövrünə uyğun yeni formada qurulmasına gətirib çıxarır.

İdarə rəisi hər il olduğu kimi, bu il də bayram münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirib: “Gənclər və İdman Nazirliyi 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycanda “İdman həftəsi” elan edib. Həftə ərzində çoxlu sayda yarış, müsabiqə, turnir, görüş və təlimlər keçirilib, nümunəvi çıxışlar nümayiş etdirilib. İdman yarmarkalarının keçirilməsi, kütləvi tədbirlərin daha çox vətəndaşların istirahət etdiyi məkanlarda təşkili, yarışlarda bütün kateqoriyadan olan insanların – uşaq, yeniyetmə, gənclər və böyüklərin, eləcə də veteran idmançıların qatılmasının təmin edilməsi xüsusilə diqqət mərkəzindədir. Bu gün yeni idman fləşmoblarının, eyni zamanda, idmanın XXI əsrin çağırışlarına cavab verən qaydalarına riayət olunmaqla küçə idmanının inkişafında maraqlıyıq. Eyni zamanda, təhsil müəssisələrinin, iri müəssisə və təşkilatların əməkdaşları arasında spartakiadaların keçirilməsi ilə yanaşı, Azərbaycan mütəxəssislərinin beynəlxalq federasiyalara inteqrasiyası üzərində çalışırıq. Təqdirəlayiq haldır ki, bütün sahələr üzrə idman mütəxəssisləri formalaşıb və onlar öz üzərilərində daim çalışırlar. Qaydalar dəyişir və bununla bağlı ölkənin müxtəlif regionlarında ixtisasartırma kursları, konfranslar, təlimlərin keçirilməsinə start verilib. İdmanın infrastrukturunun maddi-texniki bazası ilə bağlı işlər davam edir, onların daim işlək vəziyyətdə olması üçün ciddi nəzarət var”.

İlk dəfə Azərbaycanın Qış Paralimpiya Oyunlarında kross xizəkçiliyi üzrə təmsil olunduğunu bildirən idarə rəisi iqlimlə bağlı qış idman növlərinin inkişafı istiqamətində bir sıra çətinliklərin olduğunu bildirib. O, gələcəkdə qış idman növlərinin inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini, işğaldan azad olunmuş ərazilərimizin bir çox hissəsində, xüsusən, yüksək dağlıq və dağlıq ərazilərində qış idman növlərinin inkişafı üzrə yeniliklər olacağını da istisna etməyib. 2026-cı ildə İtaliyada keçirilməsi nəzərdə tutulmuş Qış Olimpiya Oyunlarında Azərbaycanın daha çox sayda idmançı ilə təmsil olunması üçün bu sahədə bir sıra işlərin görüləcəyi vurğulanıb.

Raqif Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsinin gənclərin və idmançılar tərəfindən dərin məmnunluq hissi ilə qarşılandığını bildirib: “Şuşa İli”ndə gənclər arasında silsilə tədbirlərin təşkili planlaşdırılır. Bu tədbirlər həm intellektual yarışlar, həm təbliğat xarakterli tədbirlər, həm də idman turnirləri olacaq. Bu il ölkəmizdə bir çox beynəlxalq turnirlər, xüsusən Formula 1 Qran-Prisi, akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışları və dünya çempionatı, bədii gimnastika, güllə, stend atıcılığı, güləş üzrə dünya kubokları, pauerliftinq, paracüdo üzrə üzrə dünya çempionatları, cüdo üzrə “Böyük dəbilqə” turnirləri və bir çox yarışların təşkili ilə yadda qalacaq. Qarşıda duran əsas hədəflərdən biri isə 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında komandamızın yüksək səviyyədə təmsil olunmasıdır. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, klublar, federasiyaların birgə fəaliyyəti əsl uğur düsturudur”.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort