RAQİF ABBASOV: “Azad Rəhimov dedi ki, himnimiz Londonda mütləq səslənəcək”

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov əvvəlcə idman ictimaiyyətinə və Azad Rəhimovun ailəsinə başsağlığı verib: “O, həm də Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi. Bundan əvvəl İdman Rəqsləri Federasiyasının rəhbəri vəzifəsində çalışmışdı. Azad Rəhimov böyük ziyalı ailəsində dünyaya gəlmişdi. Babası Azərbaycanın müxtəlif aparıcı vəzifələrində işləyib, atasının tibb sahəsində ciddi nailiyyətləri olub. Azərbaycan idmançıları məhz Azad Rəhimovun fəaliyyəti dövründə Pekin, London və Rio olimpiadasında böyük uğurlar qazanıb. Ölkəmiz 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə, 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə islam Həmrəyliyi Oyunlarına, 2019-cu ildə Yeniyetmələrin Yay Olimpiya Festivalına ev sahibliyi edib. Bu işlərdə Azad Rəhimov Təşkilat Komitəsində aparıcı simalardan olmuşdu. Peşəkar idarəçiliyi ilə yanaşı, vətənini sevən şəxs idi. Hər dəfə Azərbaycan böyük yarışlarda qızıl medallar qazananda o, emosional hisslər keçirir, həmin duyğuları hamıya ötürürdü”.
          Raqif Abbasov nazirin eyni zamanda gözəl ailə başçısı və baba olduğunu vurğulayıb: “Ailəsinə olan münasibət milli dəyərlərdən irəli gələn məsələdir. Ot öz kökü üstdə bitər. O, öz atasının, babasının davamçısı olaraq, Heydər Əliyevin, cənab Prezidentin siyasətinə sədaqətlə xidmət göstərmiş, öz canını, bütün ömrünü bu işə həsr edib. O, əməkdaşlarına qarşı münasibətdə, onların problemlərinin həllində çox həssas idi. Daim yaşlı nəslin nümayəndələrinin sözlərinə, məsləhətinə qulaq asardı. Bu gün Azad Rəhimov haqqında keçmiş zamanda danışmaq çox ağrılıdır. Amma onun dövründə Azərbaycanda idman yarışlarının bölgələrdə daha çox sayda keçirilməsinə nail olduq. Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayının artırılmasında Azad Rəhimov nümunəvi işlər görüb. Layihələrə maraqlı, dostluğa açıq insan idi. Azad Rəhimov o nazirliyin rəhbəri idi ki, onun qapısında hansısa post, buraxılış məntəqəsi yoxdur. Bu da onu göstərir ki, nazirliyin qapıları daim insanlara, ictimaiyyətə açıqdır. O, Azərbaycanda idman federasiyalarının, medal sayının, kütləviyilin artmasına xüsusi yanaşırdı. Çox tələbkar, eyni zamanda işçilərə həssas münasibəti olan rəhbər idi”.
BŞGİBİ-nin rəisi Azad Rəhimovla bağlı bir neçə xatirəsini də bölüşüb: “Xaricdə mötəbər görüş zamanı başqa bir ölkədə olan Azərbaycan nümayəndə heyətinin çətinliklə üzləşdiyini eşidən kimi həmin iclası yarımçıq saxladı. O, bu cür məsələləri telefon vasitəsilə operativ şəkildə həll edən şəxs kimi yadımda qalıb. Nazirin hansısa yarış üçün Azərbaycana ev sahibliyi hüququnun səsverməsindən öncə ölkəmizə qarşı münasibəti o qədər də isti olmayan dövlətlərin nümayəndə heyətləri ilə emosional danışığının şahidi olmuşam. Orada işlətdiyi fikirlər yaxşı yadımdadır. Demişdi ki, Azərbaycanın ev sahibliyi etdiyi yarışı gəlib izləyəndə, görəcəksiniz ki, biz bunu sizdən də yaxşı edə bilərik. London olimpiadasının sonuncu günü idi. Bəlkə də başqa rəhbər həmin anda fərqli ifadələr işlədərdi. Amma Azad Rəhimov idmançılara və nümayəndə heyətinə dedi ki, himnimiz Londonda mütləq səslənəcək, mən buna bütün varlığımla inanıram. Həqiqətən də sonuncu gündə 2 qızıl medalımız oldu. Medal əyarına görə ölkə sıralamasında yüksək nəticə göstərdik. Belə hallar çox idi. Fərdi görüşlərdə hər zaman prinsipial mövqe nümayiş etdirməsi, Azərbaycanın maraqlarını müdafiə etməsi onun dövlətə, Vətənə, ölkə prezidentinə bağlılığının göstəricisidir”.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort