Raqif Abbasov: “Azərbaycan gənci bayrağını sevir və ona bağlıdır” AÇIQLAMA

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı şəhər Gənclər İdman Baş İdarəsi silsilə tədbirlər həyata keçirir”. Bunu SİA-ya açıqlamsında Bakı şəhər Gənclər İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, Dövlət Bayrağı Günü ilə bağlı Baş İdarə tərəfindən keçirilən tədbirlərlə gənclərimiz birliyimizi, barağımıza sevgimizi bir daha nümayiş etdirəcək: “Gənclər arasında inşa yazı, şer, rəsm müsabiqəsi, müxəlif flaşmoblar, elektron aksiyalar keçiriləcək, çağırışlar ediləcək , bayrağımızı idman yarışlarında dalğalandıran, nailiyyətlər qazanan idmançılarımız təltif olunacaq. Orta ümumtəhsil məktəblərinin şagirdlərinin Heydər Əliyev adına muzeylərə ekurskursiyaları təşkil ediləcək, Ulu Öndərin bayraqla bağlı fikirləri haqda onlara məlumat veriləcək”.

R.Abbasov vətəndaşlarımızı noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü ilə bağlı yaşadığı evin, işədiyi məkanın eyvan və ya pəncərəsindən üç rəngli bayrağınızı asmağa çağırıb: “Bundan başqa, vətəndaşlarımızı sosial  şəbəkələrdə dövlət bayrağımızla bağlı paylaşımlara çağırırıq. Bununla birliyimizi, bayrağımıza olan sevgimizi bir daha nümayiş etdirəcəyik. Müasir Azərbaycan gənci bayrağını sevir, tarixini bilir və ona bağlıdır. Gənclərimiz üç rəngli bayrağımızı işğal altında olan torpaqlarımızda yenidən dalğlandırmaq üçün əlindən gələni edir. Əsgər və zabitlərimizi “Lələ Təpə”də olan uğrurumuzun işğal altında olan digər ərazilərimizdə də gerçəkləşməsi arzusu ilə bayram münasibəti ilə təbrik edirik”.

                                                                                                                                                             Elgün Vidadioğlu

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort