Raqif Abbasov: “Bu qalibiyyətlər bizi yeni zirvələrə doğru aparır” AÇIQLAMA

  “Azərbaycan xalqını olimpiyaçılarımızın böyük zəfəri münasibəti ilə təbrik edirəm. Yığmamız tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 5 idman növündə (cüdo, boks, avarçəkmə, taekvondo və güləş) 18 medal qazandı.  Bu nəticə Londonda keçirilən Olimpiya Oyunlarındakı 10 medal rekordumuzu yeniləmiş oldu”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

  O qeyd edib ki, olimpiadada 56 idmançımızdan 18-nin medal qazanması, təqribən hər 3 idmançıdan birinin Vətənə medalla dönməsi deməkdir: “Rio-2016”da medal əyarına görə 39, sayına görə 15-ci yeri tutduq. Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız bir daha göstərir ki, Azərbaycan idman ölkəsinə çevrilib. Yığma komandamızda artıq 2 və 3-cü dəfə olimpiya mükafatı qazanmış idmançılarımız var.

  Qeyd edim ki, Toğrul Əsgərov Namiq Abdullayevin rekordunu təkrarlayıb. N.Abdullayev 1996-cı ildə Olimpiya Oyunlarında gümüş, 2000-ci ildə qızıl medal qazanmışdı.  Toğrul da Londonda qızıl, Rioda isə gümüş medal qazandı. Bütün bu uğurlar dövlət başçımız tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürüdür. Bu qalibiyyətlər bizi yeni zirvələrə doğru aparır”.

  Baş İdarə rəisi bildirib ki, sabah olimpiyaçılarımız Vətənə qayıdacaqlar: “Rio-de-Janeyro – Bakı reysi ilə olimpiyaçılarımızı gətirən təyyarə sabah saat 18:20-də Heydər Əliyev adına Beynəlxalq Hava Limana enəcək. Hava limanında təntənəli qarşılama mərasimi nəzərdə tutulub. Daha sonra nümayəndə heyətimiz Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edəcək. Bütün idmansevəri qarşılama məraisminə dəvət edirik”.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort