Raqif Abbasov: Prezident İlham Əliyevin güləşçiləri qəbul etməsi ölkəmizdə idmanın inkişafına göstərilən qayğının bariz nümunəsidir

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Avropa çempionatında uğurla çıxış edən gənc güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Bunu Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycanın 23 yaşadək güləşçilərdən ibarət komandasının Avropa çempionatında birinci yerə çıxmasının böyük tarixi nəticə olduğunu qeyd edən R.Abbasov Prezident İlham Əliyevin gənc pəhləvanlarla görüşünün bu uğura verilən yüksək qiymət kimi dəyərləndirərək bildirib: “Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Güləş Federasiyasının nümayəndələri, Avropa çempionatının qalibləri və məşqçilərlə görüşdə ölkə idmanının inkişafı ilə bağlı mühüm məsələləri diqqətə çatdırdı, qarşıda duran vəzifələrdən danışdı. Dövlətimizin başçısı idmançıların qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün onlara hər cür şəraitin yaradılmasının vacibliyini daim vurğulayıb və bu məsələyə xüsusi diqqət yetirir. Bu, idman uğurlarımızın əsasını təşkil edir. Çünki məhz bu diqqətin və yaradılan şəraitin nəticəsidir ki, idmançılarımız mötəbər beynəlxalq turnirlərdə parlaq nailiyyətlər qazanırlar”.

Azərbaycan Prezidentinin həmin görüşdə gənclərimizin Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdiklərini vurğuladığını xatırladan İdarə rəisi bildirib: “Dövlətimizin başçısı Vətən müharibəsində böyük qəhrəmanlıq nümunələri göstərən Azərbaycan Ordusunda xidmət edən vətənpərvər gənclərimizdən, onların fədakarlığını xüsusilə qeyd etdi. Prezident İlham Əliyev bütün dünyaya bir daha mesaj verdi ki, Azərbaycanın güclü Ordusu və sağlam gəncliyi var. Qürurverici haldır ki, Azərbaycan gəncləri, o cümlədən idmançılarımız təkcə idman yarışlarında deyil, Vətən uğrunda mübarizədə də ən yüksək qəhrəmanlıq və fədakarlıq nümunələri göstərirlər”.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort