Raqif Abbasovdan Dövlət Bayrağı Günü ilə bağlı ÇAĞIRIŞ – ÖZƏL

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə cəmiyyətə çağırış edib. Bu barədə SİA-ya açıqlama verən idarə rəisi yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəs aksiyaya dəvət edib.

      “9 noyabr ölkəmiz – Dövlət Bayrağı Gününü qeyd edəcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq paytaxtın sakinlərini, gəncləri, vətəndaşlarımızı böyük aksiyaya qoşulmağa dəvət edirik. Həmin gün inzibati binalardan, evlərin önündən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa dəvət edir, həmrəy olmağımızı, milli atributumuz olan bayrağa sevgi və hörmətimizi, aksiya vasitəsilə tezliklə üçrəngli bayrağımızı Qarabağımızda, Xankəndində asacağımıza hamımızın həmrəy olduğunu göstərməyə çağırış edirik”,- deyə R. Abbasov qeyd edib.

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bayramla əlaqədar olaraq bir neçə tədbirlərin də keçiriləcəyini deyən qurum rəhbəri vurğulayıb ki, Dövlət Bayrağı Günü ilə bağlı Sabunçu rayonu Nardaran qəsəbəsində veloyürüş keçiriləcək, Gəncliyə yardım Fondunda “Mənim Bayrağım” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq, orta ümumtəhsil şagirdləri arasında Azərbaycan gəncliyinin bayrağına sevgisini bildirməsi ilə əlaqədar dəyirmi masalar, həmin günə təsadüf edən bütün paytaxt idman yarışlarında bayrağa sevgi, məhəbbətin bildirilməsi paytaxtın inzibati rayonlarında müxtəlif silsilə tədbirlər vasitəsilə həyata keçiriləcək.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort