Reqbi üzrə açıq turnir keçirilmişdir.

   18-20 noyabr 2016-ci il tarixdə reqbi üzrə açıq turnir keçirilmişdir. Turnirdə paytaxt komandaları ilə yanaşı Gürcüstan komandalari da iştirak etmişdir. Turnirin final oyunları Qaradağ Təlim İdman Bazasının meydançasında keçirilmişdir. Yekun nəticələrə əsasən I yeri Tsikara, II yeri Qarabağ, III yeri isə Pələng reqbi klubları tutmuşdur. Qalib komandalara Baş İdarə tərəfindən kubok, medal və müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.

  Turnirin son günündə qonaq Tsikara komandası üçün  Baş İdarənin təşkilatçılığı ilə şəhərimizin tarixi yerləri ilə tanışlıq ekskursiyası təşkil olunmuş və Heydər Əliyev Mərkəzi ziyarət edilmişdir.