Reqbi üzrə Baı şəhər açıq birinciliyi keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şəfa stadionu və 13 saylı Uşaq Evinin idman meydançasında yeniyetmələr arasında reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Yarışda Tissa, yığma Bakı, 1 №-li Uşaq Evi, 3 №-li Uşaq Evi, 4 №-li Uşaq Evi, 5 №-li Uşaq Evi, 6 №-li Uşaq Evini təmsil edən 140 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə I yeri Bakı komandası, II yeri 3 №-li Uşaq Evi, III yeri isə Tissa komandası tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.