Reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir

   Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən reqbinin olimpiya növü olan reqbi-7 üzrə 13-14 yaşlı oyunçular arasında açıq Bakı şəhər açıq birinciliyi keçirilib.Yarışda TİSA komandası ilə yanaşı, 132-134 Təhsil Kompleksinin və Bakı Reqbi Klubunun komandaları da iştirak ediblər. Nəticələrə görə I yerə 132-134 saylı Təhsil Kompleksi, II yerə Baki Reqbi Klubu, III yerə TİSA komandası layiq görülmüşlər. 
     Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.