Reqbi üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “İnter Arenada” reqbi üzrə Bakı  şəhər açıq çempionatı keçirilmişdir. Nəticələrə görə çempionatda I yeri Bakı komandası, II yeri Sumqayit komandası, III yerı 3 № li Uşaq Evinin komandasi tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Onu da qeyd edək ki,  qarşıdan gələn “9 noyabr – Bayraq günü”nə həsr olunmuş acıq turnir öncəsi bu yarışın xüsusi əhəmiyyəti olmuşdur. Belə  ki,  turnirdə Gürcüstan və Rusiya komandalarının  iştirakı gözlənilir.