Reqbi üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Qaradağ Təlim-İdman Bazasında reqbi üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışda Fortuna (Sumqayıt), Bakı, Neftçi-1, Neftçi-2, 1№-li Uşaq evi, 3№-li Uşaq evi, 4№-li Uşaq evi, 5№-li Uşaq evi, 6№-li Uşaq evini təmsil edən 200 nəfərə yaxın idmançı iştirak etmişdir.
Gərgin keçən mübarizələrdən sonra, Bakı komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülmüşlər. Yarışda 1№-li Uşaq evinin komandası II yerə və 3№-li Uşaq evinin komandası III yerə layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.