Respublika çempionatı ilə bağlı görüş

         Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva, idarənin əməkdaşları Afiq Əzizov, Valenyina Sultanova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Baş İdarənin əməkdaşı Salman Əbdülov, o cümlədən Xətai rayonu 269 nömrəli tam orta məktəbin, Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin, Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin, Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın və 220 nömrəli məktəb – liseyin direktorları və fiziki tərbiyə müəllimləri iştirak etmişlər.
BŞTİ-nin müdir müavini görüşü giriş sözü ilə açaraq ölkəmizdə idmanın inkişafında məktəblilərin idmana kütləvi cəlb olunmasının əhəmiyyətini vurğulamış, təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə edilməsində təhsilalanların sağlamlığının vacibliyini diqqətə çatdırmışdır. Daha sonra Rəşad Əliyev çıxış edərək ilk öncə BŞGİBİ-nin rəhbərliyi və kollektivi adından BŞTİ-nə yeni təyin olunmuş rəhbərliyi təbrik etmiş, fəaliyyətlərində müvəffəqiyyətlər arzulamış, gələcəkdə də birgə həyata keçiriləcək gənclər və idman tədbirlərinin daha yüksək səviyyədə təşkil olunmasında səylərimizi əsirgəməyimizi vurğulamışdır. Məktəblər arasında respublika çempionatının voleybol (qızlar arasında) və basketbol (oğlanlar arasında) növləri üzrə Bakı şəhəri üzrə zona mərhələsində yüksək nəticələr əldə etmiş məktəb komandalarını təbrik edən natiq respublika final mərhələsində də uğurlu nəticələr əldə etmələri üçün komandalarımızın məşqi üçün şəraitin yaradılması məqsədilə Baş İdarə tərəfindən müvafiq federasiyalara müraciət olunmasını diqqətə çatdırmışdır.
Daha sonra məktəb direktorlarının, fiziki-tərbiyə müəllimlərinin çempionatla bağlı fikirləri dinlənilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumi təhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
Çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda şahmat, atletika, voleybol və basketbol idman növləri üzrə bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin II-XI şagirdləri iştirak edirlər.
Onu da qeyd edək ki, yarışların voleybol növü üzrə final mərhələsi 1 – 2 mart, basketbol idman növü üzrə final mərhələsi 3 – 4 mart, atletika idman növü üzrə final mərhələsi 1 – 2 may, şahmat idman növü üzrə isə final mərhələsi 3 – 9 may tarixlərdə təşkil olunacaqdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort