RESPUBLİKA ŞAHMAT OLİMPİADASI SONA ÇATDI

   Zaqatala rayonunda 16 yaşadək yeniyetmə və gənclər arasında şahmat üzrə respublika olimpiadası keçirilmişdir. “A” və “B” qrupları üzrə keçirilən yarışlarda 52 rayon, şəhər və təşkilatı təmsil edən 444 nəfər idmançı (onlardan 76 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar Zaqatala Olimpiya İdman Kompleksində 11 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun rəhbərliyi ilə hakimlər kollegiyası tərəfindən idarə olunan olimpiadanın yekun nəticələrinə əsasən şəxsi hesabda “A” qrupunda 16 yaşadək oğlanlar arasında I yeri 9 xalla Bünyatov Rüstəm (Bakı – 2 №-li UGŞİM), II yeri 8,5 xalla Həsənzadə Vüsal (Lənkəran), III yeri 8,5 xalla Hüseynov Nurlan (Xaçmaz), 16 yaşadək qızlar arasında I yeri 7,5 xalla Kətanova Aynur (Naxçıvan MR), II yeri 7 xalla Məmmədova Süsən (Ucar), III yeri 7 xalla Mirzəzadə Nəzrin (Lənkəran), 14 yaşadək oğlanlar arasında I yeri 9 xalla Əhədzadə Kənan (Lənkəran), II yeri 8 xalla Cəfərli Babək (Gəncə), III yeri 7,5 xalla İbrahimli Murad (Sumqayıt), 14 yaşadək qızlar arasında I yeri 7,5 xalla Hüseynova Ləman (Sumqayıt), II yeri 6,5 xalla Əhmədova İradə (Ucar), III yeri 6 xalla Hacıyeva Ləman (Bakı – 2 №-li UGŞİM), “B” qrupunda 12 yaşadək oğlanlar arasında I yeri 9 xalla Eynullayev Altay (Bakı – RİOEUGŞM), II yeri 9 xalla Feyziyev Mirmusa (Bakı – 3 №-li UGŞİM), III yeri 8,5 xalla Fərhadlı Fərhad (Sumqayıt), 12 yaşadək qızlar arasında I yeri 8,5 xalla İsmayılzadə Zeynəb (Gəncə), II yeri 7,5 xalla Hüseynova Aydan (Bakı – RİOEUGŞM), III yeri 7 xalla Allahverdiyeva Ayan (Lənkəran), 10 yaşadək oğlanlar arasında I yeri 9 xalla Salamov Mətin (Cəbrayıl), II yeri 9 xalla Salmanov Polad (Ağdam), III yeri 8,5 xalla Nağıyev Qəmbər (Qusar), 10 yaşadək qızlar arasında I yeri 7 xalla Kərimli Jalə (Ucar), II yeri 7 xalla Allahverdiyeva Ayan (Bakı – RİOEUGŞM), III yeri 6,5 xalla Nəsibova Nərmin (RİOEUGŞM), 8 yaşadək oğlanlar arasında I yeri 8 xalla Səmədov Read (Bakı – HİRŞDK), II yeri 8 xalla Züqanov Əli (Bakı – RİOEUGŞM), III yeri 8 xalla Abasov Yusif (Quba), 8 yaşadək qızlar arasında I yeri 6,5 xalla Quliyeva Leyla (Gəncə), II yeri 5,5 xalla Şükürova Aydan (Bakı – RŞK), III yeri 5,5 xalla Budaqova Leyla (Gəncə) tutmuşlar.
Komanda hesabında “A” qrupunda I yeri 31,0 xalla (əmsal 285,0) Lənkəran komandası (Əhədzadə Kənan, Həsənzadə Vüsal, Mirzəzadə Nəzrin, Vəliyev Turqut), II yeri 29,5 xalla (əmsal 297,0) Sumqayıt komandası (İbrahimli Murad, Məmmədli Elçin, Hüseynova Ləman, Mehrəliyev Sahil), III yeri 27,0 xalla (əmsal 285,0) Quba komandası (İsgəndərov Şəhriyar, Orucov Həzrət, Sultanov Osman, Tahirova Sevil), “B” qrupunda I yeri 33,0 xalla (əmsal 306,5) Baki – RİOEUGŞM komandası (Eynullayev Altay, Eynullayev Atilla, Züqanov Əli, Hüseynova Aydan), II yeri 30,5 xalla (əmsal 310,0) Sumqayıt komandası (Fərhadlı Fərhad, İlyaslı Uğur, Qarayev Xəqani, Zülfüqarlı Məhluqə), III yeri 30,5 xalla (əmsal 301,0) Bakı – 1 №-li İOEUGŞDİM komandası (Qasımov Kənan, Səfərli Rəmzi, İsmayılov Rasim, Əsədova Gülbacı) tutmuşlar.
Olimpiadanın keçirildiyi müddət ərzində — 10 iyul tarixində Beynəlxalq şahmat günü münasibətilə 128 nəfər idmançının iştirakı ilə blits-turnir təşkil olunub keçirilmişdir. İsveçrə sistemi üzrə 7 turdan ibarət olan turnirdə I yeri 6,5 xalla Bakı şəhəri üzrə 1 №–li İOEUGŞDİM-nin məşqçi-müəllimi Elşad Abdullayev tutmuşdur.
Yarışın təntənəli bağlanış mərasimində Загатала rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov və digər rəsmi şəxslər çıxış etmiş, qalibləri təbrik etmişlər. Yaş qrupları üzrə və komanda hesabında qalib gəlmiş idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Zaqatala rayon İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri, pul mükafatları və kuboklarla təltif edilmişlər.