RESPUBLİKA ŞAHMAT OLİMPİADASI SONA ÇATDI

    Balakən rayonunda 16 yaşadək yeniyetmə və gənclər arasında şahmat üzrə respublika olimpiadası keçirilmişdir. “A” və “B” qrupları üzrə keçirilən yarışlarda 43 rayon, şəhər və təşkilatı təmsil edən 331 nəfər idmançı (onlardan 69 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar Balakən Olimpiya İdman Kompleksində 11 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun rəhbərliyi ilə hakimlər kollegiyası tərəfindən idarə olunan olimpiadanın yekun nəticələrinə əsasən şəxsi hesabda “A” qrupunda 16 yaşadək oğlanlar arasında I yeri 8,5 xalla (əmsal 79,5) Axundov Teymuraz (Bakı – RİOEUGŞM), II yeri 8,5 xalla (əmsal 79,0) Hüseynzadə Ceyhun (Sumqayıt), III yeri 8,0 xalla (əmsal 79,0) İsgəndərov Şəhriyar (Quba), 16 yaşadək qızlar arasında I yeri 7,5 xalla (əmsal 69,5) Səfərova Aytən (Neftçala), II yeri 7,5 xalla (əmsal 60,5) Mirzəzadə Nəzrin (Lənkəran), III yeri 6,5 xalla (əmsal 62,0) Hacıəhmədova Elnaz (Balakən), 14 yaşadək oğlanlar arasında I yeri 8,0 xalla (əmsal 77,0) Məmmədli Elçin (Bakı – 2 №-li İOEUGŞİM), II yeri 7,0 xalla (əmsal 73,5) Kazımov Emin (Bakı – 2 №-li İOEUGŞİM), III yeri 7,0 xalla (əmsal 65,5) Axundov Akif (Bakı – 2 №-li İOEUGŞİM), 14 yaşadək qızlar arasında I yeri 7,0 xalla (əmsal 73,0) Tahirova Sevil (Quba), II yeri 7,0 xalla (əmsal 68,5) İsmayılzadə Zeynəb (Gəncə), III yeri 6,0 xalla (əmsal 66,0) Əhmədova Raya (Ucar), “B” qrupunda 12 yaşadək oğlanlar arasında I yeri 9,5 xalla (əmsal 85,5) Məlikov Fərid (Quba), II yeri 9,5 xalla (əmsal 81,5) İlyaslı Uğur (Sumqayıt), III yeri 9,0 xalla (əmsal 81,5) Əliyev Toğrul (Bakı – 2 №-li İOEUGŞİM), 12 yaşadək qızlar arasında I yeri 7,5 xalla (əmsal 78,0) Axundova Nərgiz (Bakı – 2 №-li İOEUGŞİM), II yeri 7,5 xalla (əmsal 68,0) Quliyeva Fatimə (Gədəbəy), III yeri 7,5 xalla (əmsal 66,5) Budaqova Leyla (Gəncə), 10 yaşadək oğlanlar arasında I yeri 8,5 xalla (əmsal 84,0) İsrailov Aqil (Bakı – 19 №-li UGİM), II yeri 8,5 xalla (əmsal 80,5) Süleymanlı Süleyman (Şəki), III yeri 8,5 xalla (əmsal 74,0) Abdulkərimli Elcan (Ağ At Şahmat Klubu), 10 yaşadək qızlar arasında I yeri 7,5 xalla (əmsal 68,0) Quliyeva Leyla (Gəncə), II yeri 7,0 xalla (əmsal 73,5) Məmmədova Aytac (Samux), III yeri 7,0 xalla (əmsal 70,5) Süleymanova Nurtac (Gəncə), 8 yaşadək oğlanlar arasında I yeri 7,5 xalla (əmsal 74,0) Abasov Yusif (Quba), II yeri 7,0 xalla (əmsal 73,5) Abdulrəhmanlı Rafiq (Bakı – Elfim Şahmat Akademiyası), III yeri 7,0 xalla (əmsal 66,0) Mehtizadə Murad (Bakı – 1 №-li İOEUGŞDİM), 8 yaşadək qızlar arasında I yeri 7,0 xalla (əmsal 67,0) Allahverdiyeva Gülşən (İsmayıllı), II yeri 6,0 xalla (əmsal 63,0) Əliyeva Banu (Bakı – RŞK), III yeri 6,0 xalla (əmsal 61,0) İsmayılzadə Xədicə (Neftçala) tutmuşlar.
Komanda hesabında “A” qrupunda I yeri 25,5 xalla (əmsal 207,5) Gəncə komandası (Cəfərli Babək, İsmayılzadə Zeynəb, Hacıyev Hikmət, Süleymanlı Cavidan), II yeri 23,5 xalla (əmsal 227,0) Sumqayıt komandası (Hüseynzadə Ceyhun, Kərimov Fərid, İlyaslı Ağazahir), III yeri 22,5 xalla (əmsal 232,5) Lənkəran komandası (Mirzəzadə Nəzrin, Mirizadə Cahangir, Mirizadə Arzu, Allahverdiyeva Ayan), “B” qrupunda I yeri 31,0 xalla (əmsal 301,5) Gəncə komandası (Mirzəli Malik, Verdiyev Namiq, Qarayev İlyas, Quliyeva Leyla), II yeri 31,0 xalla (əmsal 280,5) Sumqayıt komandası (İlyaslı Uğur, Quluzadə Vəli, Məmmədov Tamerlan, Mirzə Nur), III yeri 30,5 xalla (əmsal 305,0) Lənkəran komandası (Əhədzadə Hacıəli, Ağayev Nəriman, Əkbərov Aydın, İbrahimzadə Əsmər) tutmuşlar.
Olimpiadanın keçirildiyi müddət ərzində — 14 iyul tarixində Beynəlxalq şahmat günü münasibətilə 110 nəfər idmançının iştirakı ilə blits-turnir təşkil olunub keçirilmişdir. İsveçrə sistemi üzrə 7 turdan ibarət olan turnirdə I yeri 6,5 xalla Cəfərli Babək (Gəncə) tutmuşdur.
Yarışın təntənəli bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Balakən rayonu Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və digər rəsmi şəxslər çıxış etmiş, qalibləri təbrik etmişlər. Yaş qrupları üzrə və komanda hesabında qalib gəlmiş idmançılar, həmçinin ən kiçik yaşlı — 2011-ci il təvəllüdlü oğlan iştirakçı Əlizadə Paşam (Bakı – RŞK), ən kiçik yaşlı — 2012-ci il təvəllüdlü qız iştirakçı Məmmədli Nuray (Lənkəran) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Balakən rayonu Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri, pul mükafatları və kuboklarla təltif edilmişlər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort