Səbail rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub

   YAP Səbail rayon təşkilatında  Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 fevral – Gənclər günü münasibətilə tədbir keçirilmişdir.

   Tədbiri millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. O, bildirdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması və təşəkkülü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük qayğı göstərmiş, onların hərtərəfli inkişafı üçün səyini əsirgəməmişdir. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edir, təhsil, mədəniyyət və idmandakı uğurları ilə Azərbaycana başucalığı gətirirlər.

    Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gəncləri təbrik etdi. O, ölkəmizdə gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı və bu sahədə əldə edilən nailiyyətlərdən danışdı. Qeyd etdi ki, gənclərlə iş bir neçə istiqamətdə aparılır. Bura həm gənclərin sağlam həyat tərzinə cəlb olunması, istedalı və yaradıcı gənclərlə bağlı, eyni zamanda gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində keçirilən tədbirlər aiddir. Bütün bu istiqamətlər üzrə keçirilən tədbirlərdə əsas məqsəd gənclərin milli mənəvi dəyərlərimizə, ümumbəşəri ideyalara hörmət ruhunda tərbiyə olunması, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq və istedadlı gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasından ibarətdir.

  Daha sonra   Səbail rayon  Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov və rayonun fəal gənclərindən Azərbaycan Dövlət Neft Şirkətinin Memarlıq İnşaat şöbəsinin qrup rəisi Nəbi Məmmədov, İqtisad kollecinin TGT sədri Anar Əliyev,  Bibiheytbət NQÇ-nin Yap təşkilatının sədri Ruslan Abışov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Qarayeva  çıxış etdilər.

  Tədbirin sonunda rayonun içtimai-siyasi həyatında fərqlənən  bir qrup gənc fəxri fərman və hədiyyələrə təltif olundular.