Şəhid leytenant ƏNVƏR ƏLİYEVİN xatirəsinə həsr edilmiş onlayn beynəlxalq şahmat  turniri keçirilib

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Gənclər və İdman İdarəsi və “İdea” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi leytenant ƏNVƏR ƏLİYEVİN xatirəsinə həsr edilmiş onlayn beynəlxalq şahmat  turniri keçirilib.

         Turnirin açılış mərasimində şəhidin atası Nizami Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müşaviri İsrafil Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Şərur rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov, Qadınlardan ibarət şahmat üzrə yığma komandanın baş məşqçisi Fikrət Sideyifzadə, Naxçıvan Şahmat Federasiyasının müəllimi Hüseyn Əliyev, Şərur rayon Uşaq Gənclər Şahmat Məktəbinin direktor müavini Rafiq Bayramov,  turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

               Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ənvər Əliyevin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin atasına minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib.

          Digər çıxışlarda da Vətəninə və xalqına sədaqətini layiqincə sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağı bildirilib.

             Şəhid Ənvər Əliyevin atası Nizami Əliyev turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb, övladlnın xatirəsinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını bildirib.

      İsveçrə sistemi üzrə keçirilən onlayn yarışda  Azərbaycan,  Türkiyə  Gürcüstan və Amerikadan (1 nəfər) ümumilikdə 157 nəfər şahmatçı iştirak etmişdir. Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Rəvan  Uğuzov, qızlar arasında isə Xanım  İsmayılova  birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Əsnad Baxışzadə (U-8), Məmməd Məmmədzadə  (U-10), Yusif  Mustafazadə (U-12) ilk pillələrdə qərarlaşıblar.

         Qeyd edək ki, Şərur rayonun Axaməd kənd sakini olan Ənvər Əliyev müharibənin ilk günlərindən döyüşlərdə iştirak edərək, qəhrəmancasına vuruşub, şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort