Şəhid Muxtar Qasımlının əziz xatirəsinə həsr olunmuş şahmat turnirinin mükafatlandırma mərasimi keçirilib

          Şəhid Muxtar Qasımlının əziz xatirəsinə həsr olunmuş şahmat turnirinin mükafatlandırma mərasimi keçirilib. Tədbir Suraxanı rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, İcra Hakimiyyəti Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər.
          Tədbir Muxtar Qasımlının evində həyata keçirilib və yeniyetmə turnir iştirakçıları şəhidin əziz xatirəsinə ayrılmış guşə ilə tanış olub.
          Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, bizim igidimiz, qəhrəmanımız Muxtar Qasımlının xatirəsinə belə bir turnirin keçirilməsi yadda qalan hadisədir: “Düşünürəm ki, bu kimi və digər silsilə tədbirlərin keçirilməsi davam edir və davam etməlidir. Çünki bizim ordumuz 44 gün ərzində dünya tarixində görülməmiş şücayət göstərib. Ali Baş Komandanın başçılığı altında elə bir zəfərə imza atmışıq ki, 30 il yatan bir dövrdə işğal altında olan torpaqlarımızın 20%-ni azad etmək dünya tarixində görülməmiş bir hadisədir. Biz bu igidlərimizi də heç vaxt unutmayacayıq. Həmişə biz onların valideynlərinin yanında olmalıyıq ki, onlar dövlətin qayğısını yaxından hiss etsinlər. Cənab Prezidentin Sərəncamı ilə bu gün bu ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tək Suraxanı rayonunda 50-ə yaxın şəhid ailəsi və qazilərimiz evlə təmin olunub. Digər sosial qayğılar həyata keçirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
           Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, qeyd edib ki, bu yarış böyük marağa səbəb olmuşdur: “Biz çalışacayıq ki, bu yarışı davamlı şəkildə keçirək. Ümumilikdə isə bu, Suraxanı rayonu ilə bizim Baş İdarənin artıq neçənci tədbiridir. Bundan öncə biz şöbə ilə birlikdə qazilərimizi də ziyarət etmişik. Cənab başçıya, burada iştirak edən Suraxanı rayon ictimaiyyətinə bir daha verilən dəstəyə görə təşəkkür edirəm. Biz şəhid və qazilərimizə borcluyuq. Şəhid ailələri gözümüzün nurudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah cənab Prezidentimizə can sağlığı versin. Bu gün biz bütün təşkilatlar olaraq bundan sonra da müştərək olaraq bu işlərimizi davamlı şəkildə həyata keçirəcəyik”.
           Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov söz alaraq vurğulayıb ki, bu tədbir əhəmiyyət etibarilə təqdirəlayiq bir tədbirdir: “Belə bir turnirlərin keçirilməsi şəhidlərimizin xatirəsini anmaq, yaşatmaq, uca tutmağa xidmət edir. Bu tədbir də bunun vacib bir nümunəsidir. Bu yolda da mən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə öz təşəkkürümü bildirirəm ki, bu tədbirlərdən biri də bizim rayonumuzun şəhidinin xatirəsinə keçirildi. Şəhidlərimiz böyük, şanlı bir tarix yazdılar. Bizim də bir azərbaycanlı olaraq, bundan sonrakı dövrdə şəhidlərimizin adlarını uca tutmaq, onların ailələrinin yanında olmaq borcumuzdur. Bir daha bu tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ölkə başçımızı qorusun”.
Daha sonra turnirin qalibləri şəhid Muxtar Qasımlının ailə üzvləri tərəfindən mükafatlandırılıb.
             Qeyd edək ki, şəhid Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olaraq hərbi sıralarına daxil olub. Muxtar Qasımlı İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
                 Tədbirin sonrundan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tərəfindən şəhid Muxtar Qasımlının ailə üzvlərinə bayraq hədiyyə olunub.
 
 
 
 
 
 
 
 
 
 
 
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort