“Şən Delfin” Bakı şəhər yaz açıq birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük üzrə  “Şən Delfin” Bakı şəhər yaz açıq birinciliyi keçirilmişdir. Birincilikdə 1№li RİOEUGİM, “Hövsan” OİK, MOİK,  “Sərhədçi” İOM, 7№ İOEUGİM, AÜK, Aura İK, Şüa İK, EAS ÜK, Su İdman Sarayı, FS Kristal, Sumqayit idman klub və cəmiyyətlərini təmsil edən 183 idmançı (40 qız) iştirak etmişdir. Nəticələrə görə kiçik yaş qrupu arasında  I yerə Vlastilina Xasyanova (EAS ÜK), Oktay Hüseynov (Şüa İK), orta yaş qrupu arasında   I yerə Valeriya Vaskovskaya (Akvatik), Səid Həmidov (EAS ÜK), böyük yaş qrupu arasında   I yerə Ayan Kələntərli (Akvatik), Maksim Vorontsov (Akvatik), kiçik yaş qrupu arasında 4×50 metr qarışıq üsulla I yerə  Şüa İK, orta yaş qrupu arasında 4×100 metr qarışıq üsulla I yerə  Sərhədçi İOM, böyük yaş qrupu arasında 4×100  metr qarışıq üsulla I yerə  Akvatik  layiq görülmüşlər.

         I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.