Sərbəst döyüş növləri üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Aura” İdman Kompleksində “9 noyabr – Dövlət Bayrağı günü” nə həsr olunmuş sərbəst döyüş növləri üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. Yarışda Dağıstan, İran idmançıları ilə yanaşı Qazax, Lənkəran, Şirvan və paytaxt klubları, o cümlədən Zabrat İK, Ciu-kun-do İK, Pəncşir İK, Meqa Sport İK, Vəhdət İK, Maştağa İK, Street Fighter İK, Toğrul İK, Qalxan İK-nı təmsil edən 220 nəfər idmançı ıştirak etmişdir. İdmançılar 4 yaş qrupu arasında 8 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Qalib gəlmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.