Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə 2002-2003-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq  turniri  keçirilmişdir.  Turnirdə 172 nəfər idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsi üzrə İlkin Həsənli (Nəqşi-Cahan İK), 46 kq çəki dərəcəsi üzrə Rəşad Salayev (10№-li UGİM), 50 kq çəki dərəcəsində Orxan Qəhrəmanov (Neftçi İKİB), 55 kq çəki dərəcəsində Elşən Əsədov (Nəqşi -Cahan İK), 60 kq çəki dərəcəsində Rəvan Rüstəmli (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Təbriz Səyyadov (Yasamal-Sambo İK), 72 kq çəki dərəcəsində Adil Adilzadə (Neftçi İKİB), 78 kq çəki dərəcəsində Cahangir Məmmədov (6№-li İOEUGİM), 84 kq çəki dərəcəsində Murad Məmmədov (Neftçi İKİB), +84 kq çəki dərəcəsində Məhəmməd Məmmədzadə (Pəhləvan İK) I yerlərə layiq görülmüşlər.

       I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.