SABUNÇU RAYONU XXV SPARTAKİADANIN QALİBİ OLDU

935635_438517966243859_2059435516_nBakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilmiş Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın proqramına daxıl olan güllə atıcılığı növü üzrə yarış sona çatmışdır. Sabunçu rayonu ərazisində yerləşən Bakı Sənaye Pedaqoji Kollecində keçirilən X-XI sinif şagirdləri arasında güllə atıcılığı yarışında I yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, II yeri Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin komandası, III yeri Xəzər rayonu 181 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
XXV spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar arasında), basketbol (qızlar və oğlanlar arasında), dördnövçülük (qızlar və oğlanlar arasında), mini-futbol və güllə atıcılığı növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 28 xalla I yerdə, Nərimanov rayonu 47 xalla II yerdə, Xəzər rayonu 57 xalla III yerdə qərarlaşmışlar.