Sabunçu rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd edildi

          Bu gün Sabunçu Gənclər Evində 2 Fevral- Azərbaycan Gəncləri Günü  qeyd edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon mhüquq mühafizə orqanlarının rəhbər işçiləri  və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirildiyini və 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. A. Vəliyev hal-hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşadığını, Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini vurğuladı.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  çıxış edərək  Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan,  idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir.
Çıxışlardan  sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edildi.
Sonda tədbir əyləncəli-musiqi proqramı ilə davam etdi.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort