SABUNÇU RAYONUNDA BASKETBOLÇU QIZLAR MÜKAFATLANDIRILDI

Sabunçu rayonu 169 nömrəli tam orta məktəbdə paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan qızlar arasında basketbol növü üzrə yarışda üçüncü yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Cəlil Əlizadə, məktəbin direktoru Elnarə Tağıyeva və digər rəsmi şəxslər iştirak etmişlər. Çıxış edən natiqlər qalib komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə və qarşıdan gələn “5 mart – Bədən tərbiyəsi və idman günü” münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort