Sabunçu rayonunda mini-futbol üzrə turnir keçirilmişdir

            Sabunçu rayonu ərazisində yerləşən 74 nömrəli tam orta məktəbin futbol meydançasında müəssisə və təşkilatlar arasında mini-futbol üzrə turnir keçirilmişdir. Turnirdə I yeri Sabunçu komandası, II yeri Balaxanı komandası, III yeri Ramana komandası tutmuşlar. Tədbirin rəsmi bağlanış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Sabunçu rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov qalib komandaları təbrik etmiş, onlara gələəcək yarışlarda uğurlar arzulamışlar.
Sonda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

69586253_2408823255879977_649058202255622144_n