Sabunçu rayonunda növbəti maarifləndirici tədbir keçirilmişdir

               Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə “Gənclər narkotikə yox deyir!”  mövzusunda tədbir keçirilib.

                 Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin azyaşlıların işləri üzrə bölmənin  rəisi Əli Babayev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Taryel Babayev, 130 saylı tam orta məktəbin direktoru Ağadeyid Orucov, məktəbin şagird və müəllim heyəti və valideynlər iştirak etmişlər.

                  İlk öncə məktəblilərin hazırladıqları “Gənclər narkotikə yox deyir!”  mövzusunda  hazırladıqları rəsm sərgisinə baxış keçirildi. Sonra tədbir iştirakçılarına müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar və  Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyəti barədə ətraflı  məlumat verildi. Cıxış edənlər  respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın və maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər və müəyyən tövsiyələr verdilər.

                   Daha  sonra  rəsm işlərində fəqrlənmiş məktəblilərə müvafiq dərəcəli diplomlar təqdim olundu.