Sabunçu rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib

Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə fevralın 25-də Balaxanı qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının dövlət bayrağı açılıb və fləşmob keçirilib.

Xocalı şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin valideynləri, qazilər, fəal gənclər, könüllülər, ictimaiyyətin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

R.Fərəcova tədbirdə çıxış edərək bildirib ki, 30 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldur dəstələrinin mülki əhaliyə, o cümlədən qadın, uşaq və qocalara qarşı törətdikləri qırğın bəşəriyyətə qarşı ağır cinayətdir. İşğal etdiyi tarixi torpaqlarımızda etnik təmizləmə siyasəti aparan və əhalini qorxutmaq məqsədi güdən Ermənistan silahlı qüvvələri 613 nəfəri vəhşicəsinə qətlə yetirib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qocalardır. Bundan başqa, 1275 nəfər girov götürülüb, itkin düşmüş 150 dinc sakinin taleyindən indiyədək xəbər yoxdur.

R.Abbasov Xocalı həqiqətlərinin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı.

Qeyd edək ki, Xocalı şəhidlərinin şərəfinə, şəhidlərimizin ölməz ruhuna həsr olunmuş ümumrayon aksiyası çərçivəsində iməcilik iştirakçıları tərəfindən bir gündə 150 şam ağacı əkilib. Əkilən ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi, insanlar arasında ekoloji mədəniyyətə diqqətin artırılması və təbiətə qayğı hissinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort