Sabunçuda «Dini radikalizm və onun təzahür formaları» mövzusunda seminar keçirilib

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə «Dini radikalizm və onun təzahür formaları» mövzusunda seminar keçirilib. Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Baş idarənin və Sabunçu  rayon Gənclər və İdman Idarəsinin əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.

    Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov keçirilən tədbirin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov qeyd edib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Onun sözlərinə görə, cəmiyyəti maraqlandıran məsələ odur ki, dini radikalizm nə üçün yaranır, yəni hansı şərait, hansı səbəblər onu meydana gətirir. Qeyd etmək istərdim ki, din dinamik sistem olduğuna görə burada müsbət meyillərlə yanaşı mənfi təzahürlərdə özünü göstərir ki, məhz bu da radikal meyilli qüvvələrin meydana gəlməsi ilə bağlıdır.Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev çıxışında gənclərin dini radikalizm kimi sosial bəladan uzaqlaşdırılması məsələsinə toxunub. O qeyd edib ki, müasir dövrdə bu sahədə ən prioritet məsələlərdən biri də gənclərin bu sosial bəladan uzaqlaşdırılmasıdır. Gənclərin dini sahədə intellektual səviyyəsi və mövcud situasiyanı düzgün qiymətləndirmək qabiliyyətləri yetərincə yüksək olmadığından onlar radikal meyilli qüvvələrin qurbanına çevrilə bilirlər.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov ölkəmizdəki, o cümlədən Sabunçu rayonundakı dini durum barədə məlumat verib.Sonda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” sənədli film tədbir iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, tədbir  Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsi tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına əsasən keçirilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort