Şagirdlər arasında bilik yarışması keçirildi

                Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Bilgəh qəsəbəsində yerləşən 142 saylı tam orta məktəbin akt zalında  Sabunçu rayonunun Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin məktəbləri arasında Novruz bayramına hsər olunmuş bilik yarışması keçirilib.   Yarışın əsas məqsədi şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı məktəbliləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

            Bilik yarışmasının açılış mərasimində   çıxış edən BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov keçirilən yarışın əhəmiyyətini qeyd edərək iştirakçıalara uğurlar arzulamışdır. Daha sonra komandaların iştirakı ilə yarış başlamışdır. Qeyd edək ki, yarışda 12 məktəbin komandaları iştirak etmişdir. I yerə 142 saylı tam orta məktəbin, II yerə 108 saylı tam orta məktəbin, III yerə isə 255 saylı tam orta məktəbin komandaları layiq görülmüşlər.

             Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.