Şagirdlər arasında şahmat birinciliyi keçirilmişdir.

    Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 276 № li tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil, peşə liseyləri və orta ixtisas məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş  şahmat  birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 15 komanda iştirak etmişdir. Yarışın nəticələrinə görə 115 № li tam orta məktəbin komandası I yer, 246 № li məktəb-liseyin komandası II yer, 135 № li tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.