Şagirdlər SOCAR-da olub

           Bakı şəhər Gənclər və İdman idarəsinin təşəbbüsü ilə təhsilində fərqlənmiş bir qrup şagirdlər Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasında olublar.

            SOCAR-ın əməkdaşları şagirdlərə ölkəmizdə neft sənayesinin inkişafı, ümummilli liderimiz Heydər Əliyevin böyük və gərgin əməyi sayəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi”, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir neft strategiyası haqqında geniş məlumatlar veriblər. 

         Sonda neftin necə çıxarılması, bu günlərdə 70 illiyi təntənəli şəkildə qeyd edilən Neft Daşlarında yaradılmış geniş infrastruktur haqqında video çarx nümayiş etdirilib.

            Daha sonra şagirdləri maraqlandırılan suallar cavablandırılıb. Məktəb nəzdində “Kiçik akademiyan” adlı layihənin iştirakçısı olan iki şagirdin layihələri SOCAR nümayəndələri tərəfindən maraqla qarşılanıb və gələckdə onların bu kimi layihələrinin dəstəklənəcəyi vurğulanıb.