“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

     Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.
      Əvvəlcə Azərbaycanın Dövlət Himni ifa edilib. Şəhidlərimizin xatirəsi yad olunub.
      Tədbirdə Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsinin rəhbəri Cəmşid Naxçıvanski adına Hərbi Lisey rəisinin müavini, Vətən Müharibəsi qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, Təhsil Nazirliyinin rəsmisi Səbuhi İsmayılov, Vətən Müharibəsi qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və dəvət edilmiş digər qonaqlar iştirak ediblər.
        Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaqdan, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu, bu gün Azərbaycanda güclü, intellektual və hər an düşməni məhv edəcək cəsur gənclik yetişdiyini diqqətə çatdıraraq Vətən Müharibəsində Azərbaycan hərbçilərinin düşmənlə döyüşlərdə göstərdikləri rəşadət və tarixi qələbəmizin buna sübut olduğunu vurğulayıblar.
        Çıxışlar başa çatandan sonra yarışların hakimi baş hakimə məruzə edib və komandalar öz bacarıqlarını nümayiş etdiriblər. İlk mərhələdə komandaların təntənəli marşla keçidi olub. Sonra komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması mərhələləri üzrə mübarizə aparıblar.
       Qeyd edək ki, bu gün paytaxtın 11 rayon komandası birincilik uğrunda yarışıb. Yarışın nəticələrinə görə I yerə Xətai rayonunun, II yerə Nizami rayonunun, III yerə isə Sabunçu rayonunun məktəbliləri layiq görülüblər.
Bakı şəhəri üzrə zona mərhələsində I və II yerlərə layiq görülmüş komandalar respublika final mərhələsinə vəsiqə qazanıblar.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort