“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir

    Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir. Yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərindən komandalar birincilik uğrunda mübarizə aparmışlar.
Gənclər və İdman, Təhsil, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrinin və məktəb şagirdlərinin valideynlərinin iştirak etdikləri tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, liseyin rəhbərliyi çıxış edərək gənc nəslin xalqa, dövlətə sədaqət ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında, komanda düşüncə tərzinin təbliğində, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında ənənəvi “Şahinlər” hərbi-idman oyununun əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, yarışın məqsədi yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.
Natiqlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd etmiş, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu vurğulamışlar.
Diqqətə çatdırılmışdır ki dövlətimizin qayğısı nəticəsində ölkəmizdə istedadlı, çalışqan, vətənsevər, bacarıqlı gənclər yetişir. Onların inkişafı üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır.
Daha sonra komandalar təntənəli marşla tribuna önündən keçmişlər və onların sıra hazırlığı səviyyəsi yoxlanılmışdır.
Yarışda “şahinlər” müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdirmişlər. Yarışın nəticələrinə görə I yeri Nərimanov rayonu, II yeri Nizami rayonu, III yeri isə Yasamal rayonu tutmuşdur. Yarışda ilk üç yeri tutan komandalar  C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort